Nəşr etikası
Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar
”Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərin (müəlliflər, jurnalın redaktorlar, rəyçilər və nəşriyyatçı) gözlənilən etik qaydalara əməl etmələri tələb olunur.
Redaktorun rolu: Redaktorların rolu jurnal üçün təqdim edilən məqalələrin aşağıdakı bölmələrə uyğun olub-olmadığını qiymətləndirməkdən ibarətdir: (a) məqalənin keyfiyyəti, (b) məqalənin jurnalın məqsədinə uyğun olub-olmadığı və (c) məqalənin orijinallığı. Redaktorlar təqdim edilmiş məqalə ilə bağlı hər hansı bir məlumatı rəyçilərdən və redaksiya heyətinin üzvlərindən başqa heç kimə məlumat vermir. Redaktorlar rəy prosesini tez bir zamanda həyata keçirilməsini təmin edir. Redaktor hər hansı bir irqi, cinsi, etnik mənsubiyyəti, dini və ya cinsi yönümünə uyğun olmadan məqalələrin əsas elmi məzmununu qiymətləndirməyin vacib olduğunu unutmamalıdır.
Rəyçilərin rolu: Rəy prosesi redaktorların qərar qəbul etməsini asanlaşdırmaq və məqalənin keyfiyyətini yüksəltmək üçün çox önəmlidir. Rəyçilər məqalədə qeyd olunmayan uyğun nəşrləri qeyd etməklə yanaşı, mövzu ilə bağlı əvvəllər dərc edilmiş nəşrlərlə də oxşarlıqları qeyd etməlidirlər. Rəyçilər məqalələrə heç vaxt rəqabət qabiliyyəti, maliyyə və ya əməkdaşlıq faktoru kimi baxmırlar. Əgər ki, rəyçi məqaləni rəy etməyə tam potensialının çatmadığını düşünürsə, mütləq bu barədə redaktoru məlumatlandırmalı və rəy prosesini dayandırmalıdır. Rəy prosesi başlayanda ilk öncə məqalələr məxfi sənəd kimi qəbul edilməli və redaktorun icazəsi olmadan başqasına göstərilə və ya müzakirə oluna bilməz. Normal olaraq, müəlliflərə əsasən 3 həftə ərzində rəy hesabatları ilə bağlı məlumat verilə bilər. Rəyçinin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı bir hala rast gəlinərsə,buna göz yumulmayacaqdır.
Müəlliflərin rolu: Orijinal ( daha əvvəl heç bir yerdə çap olunmamış və ya nəşr olunması planlaşdırılmayan məqalələr nəzərdə tutulur.) məqalə müəllifləri hazırladığı elmi işdə səliqəli, aydın şəkildə elmi müzakirələri xətasız olaraq hazırlamalı və başqa müəlliflərə məqaləyə istinad etmələri üçün uyğun şərait yaratmalıdır. Əvvəllər mövzu ilə bağlı nəşr olunan məqalələr əsnasında tədqiqata üstünlük verilməlidir. Müəlliflər, məqaləni hazırlayarkən iş, dizayn, eksperimental tətbiq , məlumatların təhlili və şərh edilməsi ilə bağlı məsələlərdə müəllifə yardım edənlər ilə məhdud səviyyədə olmalıdır. Belə ki, qeyd edilən məsələlərdə önəmli dəstək göstərən şəxslər məqaləyə həmmüəllif olaraq daxil edilməlidir. Məqalə təqdim edən bir müəllif qeyd edilən məsələlərlə bağlı ciddi bir yanlışlığa yol verərsə, məqaləni düzəltmək və ya geri çəkmək üçün Jurnalın redaktorunu məlumatlandırmalıdır.
Müəlliflər, “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) tələblərinə əsasən müəyyən edilmiş bütün nəşriyyat qaydalarına riayət etməlidirlər.
Məqalədə məlumatların saxtalaşdırılması, manipulyasiya edilməsi və bu cür təhrif etmə halları nəşr etikasına uyğun deyildir. Məlumatların saxtalaşdırılması və ya səhvə yol vermə, plaqiat, istinadsız işin mənimsənilməsi ilə yanaşı, məqalənin intihalçılığı yolverilməz hallardır. Bu sahədə baş verən sui-istifadə hallar çox ciddi olaraq nəzərə alınacaq və “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) qaydalarına uyğun həll ediləcəkdir.
Nəşriyyatçının rolu
Çap olunan elmi məqalədə hər hansı bir saxta məlumat, manipulyasiya halları və və bu cür təhrif etmə halları öz təsdiqini taparsa, nəşriyyatçı , redaksiya heyəti üzvləri ilə birlikdə vəziyyəti aydınlaşdıraraq, ya səhvlə bağlı rəsmi məlumat dərc etməli və ya məqaləni geri qaytarmalıdır.
Məqalənin orijinallığı
Məqaləni jurnala təqdim edərkən ilkin olaraq, bunun original bir məqalə olduğu və heç bir yerdə nəşr edilmədiyi kimi anlaşılır. Plaqiat halı, məqalənin inhisarçılığı halı aşkar edilərsə, jurnalı heyəti tərəfindən lazımi tədbirlər alınacaq və buna göz yumulmayacaqdır. Məqaləni jurnala təqdim etməmişdən əvvəl anti-plaqiat proqramlarından istifadə edilə bilər.
Rəy prosesi
Jurnala təqdim olunan məqalələr ilkin olaraq Redaktor tərəfindən yoxlanılır. Bu mərhələdə məqalənin keyfiyyəti jurnala uyğun deyilsə, məqalə rəysiz geri qaytarıla bilər. Qısa müddətdə imtina cavabını alan müəlliflərə redaktor tərəfindən rəy prosesinə ehtiyac olmaması ilə bağlı məlumat verilir.
Rəy prosesinə qiymətləndirmə üçün qəbul edilən məqalələr bəzi hallarda, ikili və ya üçlü rəy prosesinə də göndərilə bilər. Əldə edilən rəy nəticələrinə uyğun olaraq, redaktor məqalə ilə bağlı öz qərarını verir. EİTJ-da bu istiqamətdə bizim strategiyamız rəy prosesi nəticəsində məqalələr ilə bağlı əldə edilən konstruktiv nəticələri mümkün olduqca qısa müddətdə müəlliflərə göndərməkdir.
Paralel nəşr
Paralel nəşr, bir müəllifin eyni / oxşar məqalələri akademik jurnallara və hər hansı Nəşriyyat evində dərc olunan iki fərqli jurnallara göndərdiyi zaman baş verir. Eyni məlumatlar əsasında tərtib olunaraq, təqdim edilən məqalələrdə önəmli bir fərqlilik nəzərə alınmır. O cümlədən, eyni/oxşar məqalənin müxtəlif dillərdə dərc olunan jurnallara göndərilmə prosesi də Paralel nəşr sayılır.
İstinadlar
Məqalə yalnız müvafiq istinadlardan ibarət olmalıdır. Məqalə ilə əlaqəli olmayan istinadların daxil edilməsi qəbul edilməz haldır. Eyni ilə, məqaləyə aidiyyatı olmadığı halda , öz-özünə istinad etdirmək qeyri-etik haldır.
Maraqların toqquşması
Müəllifin yazılı razılığı olmadan onun nəşr olunmamış materialı rəyçinin öz tədqiqatında istifadə oluna bilməz. Rəy prosesində əldə olunmuş məlumat və ideyaların konfidensiallığı qorunmalı və şəxsi məqsədlər üçün istifadə olunmamalıdır. Rəyçilərin hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən yaranan münaqişələri mövcud olduqda müvafiq məqalələrə rəyçilikdən imtina etməlidirlər.
Elm və İnnovativ Texnologiyalar Jurnalı PNAS-ın (Amerika Birləşmiş Ştatlar Milli Elmlər Akademiyasının Elmi Əsərləri) maraqların toqquşması ilə qaydalarına əməl edir.